“Azərbaycanın peykinin orbitə çıxarılması Fransa və Azərbaycanın kosmik əməkdaşlığı sahəsində mühüm addımdır” “Azərbaycanın peykinin orbitə çıxarılması Fransa və Azərbaycanın kosmik əməkdaşlığı sahəsində mühüm addımdır”

Fransalı səfir peykimizdən danışdı

“Azərbaycanın peykinin orbitə çıxarılması Fransa və Azərbaycanın kosmik əməkdaşlığı sahəsində mühüm addımdır”




"Azərbaycanın ilk milli peykinin orbitə buraxılması Fransa və Azərbaycanın kosmik əməkdaşlığı sahəsində mühüm addımdır".

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Erik Furnye Azərbaycan peykinin orbitə çatması ilə bağlı keçirilən tədbirdə bildiriblər.

Tədbirdə sənaye sahəsinin bir çox nümayəndələri, o cümlədən Fəza Tədqiqatları üzrə Milli Mərkəzin (CNES) sədri və siyasi xadimlər iştirak ediblər.

Xatırladaq ki, ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən istehsal olunan "Azerspace-1" peyki "Ariane-5" kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Peykin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın "Measat" peyk operatoruna icarəyə verilib.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

AzNews.az