Söyün Sadıqovun dəvət edildiyi tədbirdə prezident rus dilini region ölkələrində genişləndirmək və dəstəkləməyi tapşırdı Söyün Sadıqovun dəvət edildiyi tədbirdə prezident rus dilini region ölkələrində genişləndirmək və dəstəkləməyi tapşırdı

Putin “Milyarderlər İttifaqı”na hansı tapşırığı verdi?

Söyün Sadıqovun dəvət edildiyi tədbirdə prezident rus dilini region ölkələrində genişləndirmək və dəstəkləməyi tapşırdı




"Rus dilinin istisnasiz olaraq region ölkələrində doğma dil kimi dəstəklənməsini genişləndirmək zəruri və vacib məsələdir". Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Prezident yanında Millətlərarası Münasibətlər Şurasının iclasında milli mədəni qurumlarla görüşü zamanı çıxışında bəyan edib.

Putin Rusiyanın vahidliyinin fundametində rus dilinin durduğunu bildirərək, dövlət dilinin millətlərarası münasibətlərdə əsas rol oynadığını vurğulayıb.

"Məhz rus dili mədəni, ictimai,vətəndaş münasibətlərinin məkanını formalaşdırır. Rus dlini yüksək səviyydə bilmək hər bir Rusiya vətəndaşının borcudur. Bununla yanaşı, insanların bu dili öyrənməsi üçün müvafiq şərait yaranmalıdır"-deyə o qeyd edib.

Rusiya prezidenti çıxışı zamanı milli mədəni muxtariyyətlərə dövlət büdcəsi tərəfindən ayrılacaq qrant vəsaitlərinin əsas məqsədinin millətlərasrası harmoniyanın yaradılmasına yönəldildiyini bildirib.

Putin vurğulayıb ki, Rusiyada müxtəlif xalqların 989 milli mədəni muxtariyyət təşkilatı qeydə alınıb. "Bundan başqa, çoxsaylı milli birliklər, ittifaqlar, regional assosiasiyalar fəaliyyət göstərir. Bütün bu strukturlar özündə nəhəng humanitar potensial daşıyır və millətlərarası mədəni mübadilə üçün effektiv meydan ola bilər"-deyə Kremlin başçısı bildirib.

O, deyib ki, yeni qanuna görə büdcədən milli təşkilatlatlara qrantlar ayrılacaq. Əsas milli həmrəylik prioritetlərinə üstnlük verən layihələrə qrant ayrılmasının vacibliyini deyən Putin bu praktikanın regional səviyyədə də aparılmasının vacibliyini vuğulayıb və qubernatorlara tapşırıq verib.

"Bizim üçün önəmli olan vətənimizin tarixi ilə olan layihələrdir. Dövlət dəstəyi olan qrantların bu istiqamətdə ayrılması çox mühümdür. Vətəndaşlar xalqların vahidliyini təmin etmiş, rus torpaqlarının vahid, çoxmillətli və güclü dövlətdə cəmlənməsinin həqiqi tarixini bilməlidir"-deyə Putin bildirib.

"Biz vahid dövlətin çərçivəsində yaşayarıqısa, bu gücü qiymətləndirməli və artırmalıyıq. Amma bunu müasir, incə, effektili metodlarla eləmək lazımdır. İnsanlar başa düşməlidir ki, bu onların mənafeyi üçün edilir".

Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilən iclasda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos") keçmiş prezidenti Söyün Sadıqov da iştirak edib. Maraqlıdır ki, "AzərRos" prezidentliyindən istefa verməsinə baxmayaraq S.Sadıqov dəvət siyahısında qurumun prezidenti kimi göstərilib.

Görüşə həmçinin ləzgi, kürd və erməni təşkilatlarının da rəhbərləri dəvət olunub. Erməniləri "Rusiya Erməniləri" İttifaqının prezidenti Ara Abramyan təmsil edib.

AzNews.az