Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında 1000-ə yaxın insan qan verib. Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında 1000-ə yaxın insan qan verib.

Məscid və ziyarətgahlarda 1000-ə yaxın insan qan verib

Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında 1000-ə yaxın insan qan verib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva xəbər verib.

O, bildirib ki, insanlar qanvermə aksiyasında aktiv iştirak edir.

Z. Əlmirzəyevanın sözlərinə görə, əvvəlcə insanlarda hemoqlabinin səviyyəsi yoxlanılır. Əgər hemoqlabinin səviyyəsi qanverməyə uyğun olsa, qan götürülür.

Yığılan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlara istifadə olunacaq.