Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə saxlanılsa, bu ölkədə yaşayan azərbaycanlılar qısa müddətdə yeni diaspor təşkilatı yaradacaq. Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə saxlanılsa, bu ölkədə yaşayan azərbaycanlılar qısa müddətdə yeni diaspor təşkilatı yaradacaq.

Yeni diaspor təşkilatı yaradıla bilər

Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə saxlanılsa, bu ölkədə yaşayan azərbaycanlılar qısa müddətdə yeni diaspor təşkilatı yaradacaq.

Bu barədə "Report"a ÜAK rəhbərliyinə yaxın mənbə bildirib.

Əldə edilən məlumata görə, yeni təşkilat, çox güman ki, ÜAK-ın bazasında fəaliyyət göstərəcək.

Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq.

Yeni təşkilatın strukturu və onun nizamnaməsi ÜAK-dakına bənzər olacaq. Həmçinin tezliklə diaspor fəallarının ixtiyarına təqdim ediləcək yeni ofis aldığı da məlumdur.

Yeni təşkilatın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin "Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.

AzNews.az