Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir.

Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb.