Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Sərhəddən külli miqdarda siqaret keçirməyə çalışdı, yaxalandı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

AzNews.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilən saxlanc yerindəki pərdənin arxasından gömrük nəzarətindən gizlədilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 8380 ədəd üzərində "Sakurorto" yazısı olan siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.