01:20
(077) 610-22-33

““Xəzər adaları”nda mənzil alaram”

  • >
546 20 Fevral 2013 16:35 | Cəmiyyət

Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri: “Mənim bu layihədə heç bir payım, heç bir iştirakım yoxdur”



Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, iş adamı, qardaşı Hacı İbrahimin tikdirdiyi "Xəzər adaları"nda mənzil almaq niyyətindədir. ANS PRESS-in "musavat.com"a istinadən verdiyi məlumata görə, komitə sədri bunu qəzetə müsahibəsində bildirib.

"Mən də bu adada mənzil alacağam. Amma maaşım imkan verdiyi səviyyədə. Bizim ona gücümüz çatmaz. İpoteka krediti ilə mümkün olsa, "Xəzər adaları"nda mənzil alaram", - deyə N. İbrahimov bildirib.

O bildirib ki, bu layihə çox böyük ideyası olan bir layihədir: "Hacı İbrahim də bu layihəni çox böyük müvəffəqiyyətlə həyata keçirir. Tikinti işlərinin müəyyən hissəsini də başa çatdırmaq üzrədir. Əlbəttə, uzun müddətli bir layihədir və güman edirəm ki, mərhələlər üzrə bu işi müvəffəqiyyətlə başa çatdıracaq. Bu fakt bir daha göstərir ki, Azərbaycan prezidentinin siyasəti nəticəsində iş adamlarına gözəl şərait yaradılıb və artıq iş adamları müstəqil şəkildə şəhər tikə bilirlər. Sizi inandırıram, dünyanın başqa ölkələrində iş adamları bu cür ideyalarla çıxış edə bilməz. Bu, Azərbaycanın adına layiq böyük layihədir".

Komitə müsahibəsində bu layihə ilə bağlı dolaşan şayiələrə aydınılıq gətirib. O, layihədə onun da payının olmasını qısaca olara "Mənim bu layihədə heç bir payım, heç bir iştirakım yoxdur", - deyə vurğulayıb.

AzNews.az
Bağla X