Bakıda daha bir yol çöküb. Bakıda daha bir yol çöküb.

Bakıda daha bir yol çöküb

Bakıda daha bir yol çöküb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin ("İmperator" şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: "Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib".

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. "Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq", - deyə o bildirib.

Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.