Bakıda yeni istifadəyə verilmiş yol çöküb. Bakıda yeni istifadəyə verilmiş yol çöküb.

Yağış suları yeni çəkilən yolu çökdürdü - Foto + Video

Bakıda yeni istifadəyə verilmiş yol çöküb.

Aramsız yağan yağışlar Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində böyük çuxur yaradıb. Nəticədə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzNews.az-a açıqlamasında bildirib ki, magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb:

“Kanalizasiya kollektoru partlayıb. Nəticədə su yol yatağını yuyub və 200 metr dərinliyində yol çöküb. Hazırda “Azərsu” tərəfindən kanalizasiya xətti bərpa olunur. Onlar işləri yekunlaşdırandan sonra biz də yolun təmirinə başlayacayıq”.

Bahar RÜSTƏMLİ

AzNews.az