"Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb". "Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb".

Çökən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

"Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb".

AzNews.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Qurum rəsmisi dərhal hadisə yerinə "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunduğunu vurğulayıb.

"Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq”, - deyə o qeyd edib.

A. Nəcəfli həmin küçədə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını da əlavə edib: "Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".

Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.