Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib. Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib.

Azarkeşlərə şad xəbər - Olimpiya Stadionuna avtomobillə gələ biləcəksiz

Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib.

AzNews.az AFFA-ya istinadən xəbər verir ki, DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 5-i saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.

Belə ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 27-də "Qarabağ" - "Roma" oyunu zamanı azarkeşlərin şəxsi avtomobillə Bakı Olimpiya Stadionuna gəlməsinə icazə verilməmişdi.