02:36
(077) 610-22-33

Bakıda piyadaların üstünü çirkləndirən sürücü məsuliyyətə cəlb edilib

  • >
1 040 4 Oktyabr 2017 13:35 | Cəmiyyət

Oktyabrın 3-də Bakıda 4 avtomobil sürücüsü ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirib.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, bəzi sürücülər hava şəraitini nəzərə almadan yollarda yüksək sürətlə hərəkət edir, yollarda yığılan yağış suları və lilli suya nəzər yetirmədən yol kənarı ilə hərəkət edən piyadaların üstünü çirkləndirirlər: "Bununla bağlı ötən gün 4 avtomobil sürücüsü barədə məlumat daxil olub. Artıq həmin avtomobillərdən birinin yeri müəyyənləşdirilərək saxlanılıb və sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti nəzərə alsınlar və piyadalara diqqət yetirsinlər".

Bağla X