Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib. Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.

Lənkəranda evləri su basdı - Sakinlər təxliyə edidi + Foto

Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

AzNews.az

image description