Oktyabrın 2-dən 5-dək yağan intensiv yağışlar nəticəsində Astaranın 83 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində problem yaranıb. Oktyabrın 2-dən 5-dək yağan intensiv yağışlar nəticəsində Astaranın 83 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində problem yaranıb.

Astarada 83 yaşayış məntəqəsi işıqsız qaldı - Kəndlərlə əlaqə kəsildi

Oktyabrın 2-dən 5-dək yağan intensiv yağışlar nəticəsində Astaranın 83 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində problem yaranıb.

Bu barədə AzVision.az-a Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda elektrik enerjisinin bərpa edilməsi üçün ərazidə briqada işləyir.

"İranla sərhəddə yerləşən Suparibağ inzibati ərazi nümayəndəliyinin Astara çayı ilə həmsərhəd olan Rudəkənar, Məscid məhəllə, Qapıçı məhəllə kəndlərində subasma olub. Gecə saatlarında 75 ailə təxliyə olunub. Fövqəladə Komissiya ərazidə araşdırma aparır, təxminən 150-ə yaxın evi su basıb. Zingüləş (Astaraçay üzərində ), Ovala, Motlayataq (Pensər çay üzərində) kəndlərində çay üzərində olan körpüləri su aparıb. Pensər çayının daşması nəticəsində Şağladüzə kəndi ərazisində avtomobil yolunun 30 metr ərazisini su yuyub və 3 kəndlə əlaqə kəsilib.

Deqədi-Pəlikəş avtomobil yolunda 17 yerdə torpaq sürüşməsi baş verib. Əraziyə texnika göndərilib, işlər gedir. Astara çayına yaxın olan ərazilərdə də subasma olub. Rayona dəyən ziyan araşdırılır”.

AzNews.az