14:46
(077) 610-22-33

Torpaq sürüşməsi - 70-ə yaxın ev qəzalı vəziyyətdə

  • >
2 043 5 Oktyabr 2017 16:53 | Cəmiyyət

Torpaq sürüşməsi Ağsu rayonunun Dilman, Xatman və Hacman kəndlərinin sakinlərini çətin duruma salıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, son günlər intensiv yağan yağışlardan sonra ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

Torpaq sürüşməsi nəticəsində bir neçə evdə irili-xırdalı çatlar əmələ gəlib. Ötən əsrin 50-ci illərində inşa edilmiş evlər qəzalı vəziyyətə düşdüyü üçün yaşayış üçün təhlükəli hesab edilir. Üç kənddə ümumilikdə 70-ə yaxın ev torpaq sürüşməsi səbəbindən qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Kənd sakinləri qəzalı vəziyyətdə olan evlərdə qalmağın təhlükəli olduğunu və hər an qorxu içində yaşadıqlarını bildiriblər. Vətəndaşlar onlar üçün yeni mənzillərin inşa ediləcəyinə ümid edirlər.

Qeyd edək ki, intensiv yağışlar nəticəsində Dilman, Xatman və Hacman kəndlərini əhatə edən sürüşmə sahəsində mövcud torpaq çatlarının ölçülərində də genişlənmə qeydə alınıb. Hazırda sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunur, yeni sürüşmə sahələri əmələ gəlib. Bir neçə həyətyanı sahədə çökmə baş verib, meyvə bağı və əkin sahələri yararsız hala düşüb.

AzNews.az

Bağla X