23:25
(077) 610-22-33

Nərimanov rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib - Fotolar

  • >
2 477 5 Oktyabr 2017 18:00 | Cəmiyyət

4 oktyabr tarixində Nərimanov Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib.

AzNews.az xəbər verir ki, keçirilən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, AMEA-nın professoru Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının sədri, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, rayonun səhiyyə, təhsil müəssisələrinin, ictimai birliklərin nümayəndələri, fəal gənclər iştirak etdilər.

İradə Mahmudova tədbiri açaraq dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verildiyini və layihə çərçivəsində keçiriləcək görüşlərdə gənclərin, qadınların, xüsusilə, gənc ailələrin, sosial iştirakçılığı zəif olan insanların cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatların əldə edəcəyini bildirmişdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva təqdimat ilə çıxış etdi. Natiq çıxışında “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən tədbir haqqında ətraflı məlumat verdi və bildirdi ki, bu gün cəmiyyətimizdə bu mövzu olduqca əhəmiyyət kəsb edir. Sonra çıxış edən natiqlər bildirdilər ki, belə mövzular ətrafında bu cür tədbirlərin keçirilməsi və maarifləndirmə işləri aparmaq olduqca vacib məsələlərdən biridir.

Sonra məruzələr ətrafında fəal gənc Arzu Cəfərzadə, Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Həmid Cəfərov, din xadimi Adil Hüseynov milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışdılar. Tədbir yekunlaşdıqdan sonra qonaqlar Nərimanov Rayon İcra Hakimiyyətinin kiçik zalında “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırladığı təlimə baxdılar.

image description image description image description image description
Bağla X