02:39
(077) 610-22-33

Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb

  • >
773 5 Oktyabr 2017 20:38 | Cəmiyyət

Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

2017-ci ildə istixanaların inkişafı məqsədilə ölkənin 3 rayonunda fəaliyyət göstərən 3 nəfərə 470 min manat həcmində kredit verilib.

Hesabatda bildirilir ki, müvafiq dəstək tədbirlərinin nəticəsi olaraq 2017-ci ilin birinci yarısı ərzində faraş tərəvəz istehsalının ciddi şəkildə artımı hesabına ümumi tərəvəz istehsalı 41,8 faiz artıb.

Həmçinin örtülü torpaqlarda faraş tərəvəz istehsalının artırılması hesabına cari ilin yanvar-iyun ayları ərzində tərəvəz ixracının həcmi natural ifadədə 73,1 faiz, dəyər ifadəsində isə 62,7 faiz artıb.

Bağla X