06:26
(077) 610-22-33

Millət vəkilindən ədəbi dil qaydalarının pozulması ilə bağlı təklif: "Böyük cərimələr tətbiq olunsun"

  • >
2 423 6 Oktyabr 2017 13:21 | Cəmiyyət

“Ədəbi dil qaydalarının pozulmasına görə böyük cərimələr tətbiq etmək lazımdır”.

AzNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransdakı çıxışında səsləndirib. O, qeyd edib ki, mediada qanunvericilik tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməlidir:

“Məsələn, Fransada ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar. Dil qaydaların pozulması həm də dövlət qaydalarının pozulmasıdır. Söhbət dövlət dili haqqında qanunun tələblərindən gedir. Gündəlik həyatımızda bu qanunların müxtəlif tələblərinin pozulması ilə rastlaşırıq. Mətbuat səhifəsində yol verilən pozuntu halları diqqəti daha tez cəlb edir. Şuranın monitorinq qrupu qəzet və jurnallarda yol verilən dil pozuntularını qeydə alır və təhlinini aparır. Monitorinqlər zamanı durğu işarələrinin, xüsusən vergülün işlədilməsində böyük problemlərin olduğu üzə çıxıb”.

Əflatun Amaşov vurğulayıb ki, bu problemləri aradan qaldırmaq üçün bir neçə addımların atılması vacibdir:

“Bu gün mediaya gələnlərin və rəhbərlərinin üzərinə daha böyük məsuliyyət qoyulmalı və bu sahədə nöqsanlar aradan qaldırılmalıdır”.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X