Qəbələ sakini, əvvəllər məhkum olunan şəxs qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurub. Qəbələ sakini, əvvəllər məhkum olunan şəxs qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurub.

“Mercedes”i qaçırdı - 4 avtomobili və iki piyadanı vurdu

Qəbələ sakini, əvvəllər məhkum olunan şəxs qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib.

Araşdırmalarla avtomobili qaçıran şəxsin Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması müəyyən edilib və o saxlanılıb.

Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov sərxoş vəziyyətdə həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.