“Azad Azərbaycan” telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub. “Azad Azərbaycan” telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.

Lamiyə Ələkbərova “ATV”-nin vitse-prezidenti təyin edildi

“Azad Azərbaycan” telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.

AzNews.az primetime.az-a istinadla xəbər verir ki, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyə Ələkbərova yerinə yetirəcək. O, “ATV”-dəki vəzifəsinin icrasına bu gündən başlayır.

Xəbəri təsdiq etmək üçün Lamiyə xanımla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, 11 il “AzTV”, 11 il isə “Lider TV”-də çalışan L.Ələkbərova bir müddət öncə “İctimai TV”-nin Musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Məlumat üçün bildirək ki, ötən ay “ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı.