Bu gün Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu gün Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

Bu gün Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlığı nəzərdə tutulub.