Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Zakir Həsənov Belarusa səfər edəcək

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

AzNews.az MN-nə istinadən xəbər verir ki, rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Z. Həsənov həmçinin Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baş çəkəcək.