01:12
(077) 610-22-33

Xırdalanda 30-dan çox ailənin milyonluq pulu mənimsənildi - Video

  • >
2 148 6 Oktyabr 2017 22:18 | Cəmiyyət

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox ailə fırıldaqçıların qurbanı olub.

AzNews.az istinadən xəbər verir ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri Cavid Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə Cavid Umudlu vətəndaşların hamısına ümumilikdə 400-min manatdan çox ziyan vurub.

Cavid Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Məsələ ilə bağlı Cavid Umudlu adlanan şəxlə əlaqə saxlamaq istədik, amma cəhdimiz nəticəsiz qaldı. Çünki onun fəaliyyət göstərdiyi ofis artıq bağlanıb.

Qeyd edək ki, zərərçəkən vətəndaşlar bununla bağlı müvafiq olaraq hüquq-umühafizə orqanlarına müraciət ediblər.

Bağla X