Bu gecə Bakının İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək. Bu gecə Bakının İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək.

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gecə Bakının İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, "Azəravtoyol” ASC-dən verilən məlumata görə, qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Belə ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

AzNews.az