04:04
(077) 610-22-33

Elçibəyin zəhərlənməsinə dair cinayət işi yekunlaşıb

  • >
364 21 Fevral 2013 10:02 | Cəmiyyət

“Elçibəyin zəhərlənməsinə dair cinayət işi bağlanıb, iş məhkəməyə göndərilir”


Bunu Modern.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib. Hafiz Hacıyev qeyd edib ki, Azərbaycanın eks-prezident Əbülfız Elçibəyin zəhərlənərək öldürülməsinə dair Bakı şəhər Prokurorluğunda başlanan cinayət işi artıq yekunlaşıb.

MMP sədri həmçinin AXCP sədri Əli Kərimlinin bu həftə prokuroluqda dindiriləcəyini deyib.

"Onlar arzu edirlər ki, mən geri çəkilim. Əli Kərimlinin Elçibəyi zəhərləməsi artıq tam sübuta yetirilib. Mən heç vaxt iddiamdan geri çəkilməmişəm, çəkilməyəcəm də. Onların belə yalan məlumatlar yaymaqla ictimaiyyəti aldatması başlarına bəla gətirəcək. Artıq istintaq yekunlaşıb, məhkəməyə göndərilir. Mən hər gün istintaqla maraqlanıram. Ya bu həftə, ya da gələn həftə Əli Kərimli prokurorluqda dindiriləcək"-deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.

AzNews.az
Bağla X