06:33
(077) 610-22-33

Nişanlısını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilmədi

  • >
1 318 7 Oktyabr 2017 18:09 | Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, N.Məcidovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxarığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi bu ilin martında baş verib. Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı N.Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədityi üçün N.Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə iki bıçaq zərbəsi alıb. İ.Ağayeva hadisə yerində ölüb, R.Ağayeva isə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.

Daha sonra N.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

AzNews.az

Bağla X