“Nəqliyyat vasitələrinin alın şüşəsinə “press” yazmaq həmin nəqliyyat vasitəsini idarə edən şəxs üçün imtiyaz deyil “Nəqliyyat vasitələrinin alın şüşəsinə “press” yazmaq həmin nəqliyyat vasitəsini idarə edən şəxs üçün imtiyaz deyil

Yol polisi jurnalistlərə müraciət etdi

“Nəqliyyat vasitələrinin alın şüşəsinə “press” yazmaq həmin nəqliyyat vasitəsini idarə edən şəxs üçün imtiyaz deyil



Bir daha bu vasitədən istifadə etməklə imtiyaz qazandığını güman edən şəxslərə müraciət edərək onları qaydalara əməl etməyə çağırırıq". Bunu AzNews.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V. Əsədov bildirib ki, "press" yazılmış lövhələrin şüşəyə yapışdırılması kimi hallar aşkarlandığı təqdirdə qanuna müvafiq olaraq tədbirlər görüləcək: "Ötən il ərzində 36 sürücüyə bununla bağlı protokol yazılıb". Ancaq həmin sürücülər məhz "press" yazdıqlarına görə saxlanılmayıblar: "Həmin sürücülər yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıb və bu zaman avtomobilin şüşəsinə "press" sözü də yazılan lövhənin vurulduğu aşkar edilib. Bir daha bu vasitədən istifadə etmək istəyənlərin diqqətinə çatdırırıq ki, bu qayda pozuntusudur və nəqliyyat vasitəsinin yol polisi əməkdşaları tərəfindən saxlanmasına səbəb ola bilər".

Elnarə Əlosmanqızı
AzNews.az