22:44
(077) 610-22-33

Xəzər TV-nin 10 illik yubileyi qeyd edilib - Video

  • >
1 941 8 Oktyabr 2017 10:26 | Cəmiyyət

Azərbaycanın televiziya məkanında özünəməxsus yeri olan Xəzər TV-nin efir həyatına başlamasından 10 il ötür. 2007-ci ilin oktyabr ayında yayıma başlayan kanalın yubileyi təntənəli şəkildə qeyd olunub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, "Ailənizin Xəzəri" devizi altında yayım fəaliyyətinə başlayan televiziyamiz operativ və dəqiq işləyən xəbərlər buraxılışı ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişləri ilə də tamasaçıların rəğbətini qazanıb.

Yubiley tədbirində dövlət rəsmiləri ilə yanasi, səfirliklər və ölkənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin media işçiləri iştirak ediblər.

Yubiley çərçivəsində 10 il ərzində "Xəzər tv"nin qazandigi uğurlar və ölkə miqyasında gördüyü tədbirlərdən bəhs edən video-rolik nümayis etdirilib.

Respublikanin populyar müğənnilərinin istiraki ilə baş tutan konsert proqramında bir-birindən maraqlı musiqi nümunələri səsləndirilib.

Bağla X