17:00
(077) 610-22-33

Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı: “Hadisə küçədə...”

  • >
5 862 9 Oktyabr 2017 12:25 | Cəmiyyət

Göygöl rayonunun 3 saylı orta məktəbi bıçaqlanma hadisəsinə münasibət açıqlayıb.

Məktəbin direktoru Rüxsarə Atayeva AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini deyib:

“Hadisə küçədə baş verib. Məktəblər bir-birinə bitişikdir. Həsənov Mehman bizim məktəbdə təhsil almır. Hadisədən məlumatlı olsaq da, nəyin üstündə baş verdiyini dəqiqləşdirməmişik”.

Qeyd edək ki, Göygöldə bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X