Yerin üstündə insanların cibinə, çantasına qənim kəsilən bir qrupun budəfəki şikarı yerin altında, daha doğrusu, metrodan mütəmadi istifadə edən vətəndaş Ruhanə Quliyeva olub. Yerin üstündə insanların cibinə, çantasına qənim kəsilən bir qrupun budəfəki şikarı yerin altında, daha doğrusu, metrodan mütəmadi istifadə edən vətəndaş Ruhanə Quliyeva olub.

Metroda telefon oğurlayan şəxs “iş başında” yaxalandı - Foto

Yerin üstündə insanların cibinə, çantasına qənim kəsilən bir qrupun budəfəki şikarı yerin altında, daha doğrusu, metrodan mütəmadi istifadə edən vətəndaş Ruhanə Quliyeva olub.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, vətəndaş R.Quliyevanın “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı etdiyi müraciətdən sonra texniki imkanlardan da istifadə edərək müvafiq əməliyyat axtarış-tədbirləri həyata keçirən Metropolitendə Polis Şöbəsinin əməkdaşları onlardan birini “iş başında” yaxalayıblar və növbəti əməlini törətməyə imkan verməyiblər.

Sentyabrın 27-də təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov “Neftçilər” stansiyasının yaxınlığında saxlanılıb.

Əlləri ilə qurub-yaratmağa, zəhmət çəkməyə deyil, cib və çanta soymağa, oğurluq etməyə vərdiş etmiş K.İsmayılov tutarlı faktlar və videogörüntülərdən sonra əməlini etiraf etmişdir. Kələfin ucu açıldıqca məlum olmuşdur ki, o tək deyil və bu əməli bir neçə nəfərlə həyata keçirmişdir.

Videogörüntülərin köməkliyi ilə dəstənin digər üzvləri-əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Nizami rayonunda yaşayan Hikmət Yusubov sentyabrın 29-da, əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Fəqan Qafarov oktyabrın 4-də, dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev oktyabrın 5-də Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Metopolitendə Polis Şöbəsi əməkdaşlarının gərgin zəhməti nəticəsində qanuna təslim edilmişlər.

Təqsirləndirilən şəxslərin ətrafında aparılan araşdırmalar zamanı o da məlum olmuşdur ki, onlar ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər.

Metropolitendə Polis Şöbəsinin rəhbərliyi metrodan istifadə edən bütün sərnişinlərə ayıq-sayıq olmağı, əmlaklarına qarşı laqeydlik nümayiş etdirməməyi və hər hansı bir neaqiv hal gördükdə dərhal polisə müraciət etməyi xahiş edir.

Bütün bunlar isə onu deməyə imkan verir ki, dövlətin strateji obyektlərindən biri kimi gecə-gündüz nəzarətdə olan metromuz qorunur, insanlara xidmət edir və burada öz çirkin niyyətlərini həyata keçirmək istəyənlər isə vaxtında aşkarlanaraq dəmir barmaqlıqlar arasına göndərilir.

Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.

image description