Rusiyada yaşayan azərbaycanlı iş adamı, Milyarderlər İttifaqının üzvü İsgəndər Xəlilov Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) prezidenti vəzifəsindən getməyi qərara alıb Rusiyada yaşayan azərbaycanlı iş adamı, Milyarderlər İttifaqının üzvü İsgəndər Xəlilov Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) prezidenti vəzifəsindən getməyi qərara alıb

İsgəndər Xəlilov istefa verdi

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Milyarderlər İttifaqının üzvü İsgəndər Xəlilov Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) prezidenti vəzifəsindən getməyi qərara alıb



Bu haqda Lent.az-a federasiyanın vitse-prezidenti Fuad Quliyev məlumat verib.

F.Quliyevin sözlərinə görə, İ.Xəlilov işlərinin çoxluğu ilə əlaqədar istefa verib. Onu əvəzləməyə yeganə namizəd oğlu Rəhman Xəlilovdur. Federasiyanın hesabat-seçki konfransı Novruz bayramı ərəfəsində baş tutacaq. Həmin konfransda bu əvəzləmə rəsmiləşəcək.

Qeyd edək ki, ölkəmizdə qış idman növləri üzrə daha bir qurumun - Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti İskəndər Xəlilovun digər oğlu Rauf Xəlilovdur.