19:33
(077) 610-22-33

Qerkulesin içindən görün nə çıxdı - Video

  • >
1 697 9 Oktyabr 2017 23:29 | Cəmiyyət

Vətəndaşın marketdən aldığı məhsulun içindən qurd çıxıb.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt sakininin başına gəlib. "Russkiy Zavtrak" firmasının qerkules qida məhsulunun içindəki həşəratlar qutu açılmadan belə görünür.

Marketdən qida məhsulu aldı, içindən cürbəcür həşərat və qurdlar çıxdı. Hadisə Sumqayıt sakini Şahin Nəcəflinin başına gəlib.

İki gün öncə Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərən marketlərdən birindən Qerkules adlı qida məhsulu alıb. Evdə bişirərkən içində qurdların olduğunu görüb. Yenidən həmin marketə qayıdan müştəri eyni məhsuldan yenə alıb. Budəfəki mənzərə isə daha dəhşətli olub. Başqa qutudan da cürbəcür həşəratlar və qurdlar çıxıb.

Vətəndaş iddia edir ki,məhsulun istehsal tarixi bitməmiş görünməsi belə şübhəlidir.Çünki qutusu açılmamış məhsulda içindəki həşaratlar aydın görünür.

Sözü gedən marketdən bildirildi ki, həmin müştərinin müraciəti əsasında məhsullara baxış keçirilib. Həmin firmaya aid olan bütün məhsullar yığışdırılıb.

''Russkiy Zavtrak''-firmasının bölgə satış müdiri Vüsal Hümbətov bu dövrlərdə eyni tipli qida məhsullarında belə halın baş verməsini normal sayır.

Bununla belə vətəndaş aldıqğı qıdanı geri qaytarıb pulunu ala bilər.Həmin məhsullar yıgışdırılıb məhv ediləcək.

Bağla X