18:59
(077) 610-22-33

Müxalifətin mitinqinə qatılmış aktyorlara sərt cəza + ADLAR

  • >
56 585 10 Oktyabr 15:32 | Cəmiyyət

Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir.

AzNews.az xəbər verir ki, informasiyalı mənbədən daxil olan məlumata görə, hazırda onlar barədə ölçü götürülməsi məsələsinə baxılır. İlk növbədə həmin şəxslərin mətbuatdan, telekanallardan və ümumiyyətlə səhnədən uzaqlaşdırılması nəzərdə tutulur. Həmçinin, həmin aktyorların fəxri adlardan məhrum edilməsi məsələsinə də baxıla bilər.

Son məlumata görə, adları keçən aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlidir. Abbas Qəhrəmanovun işlədiyi Milli Dram Teatrından kənarlaşdırıldığı bildirilir. Həmçinin, İlqar Cahangir və Ayşad Məmmədovun da çəkildikləri teleseriallardan uzaqlaşdırılacağı deyilir.

Xatırladaq ki, müxalifətin mitinqindən əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Milli Şuranın aksiyalarına qatılan şəxslər barədə xüsusi araşdırmalar aparılır. Dövlət orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin ali məktəblərdə oxuyan tələbələr və digər bu qəbildən olan şəxslər təsbit olunur və onların barəsində ölçü götürülür. Müxalifətin əvvəlki mitinqlərinə qatılan bir sıra belə şəxslər barədə artıq cəza tədbirləri görüldüyü barədə məlumatlar da var.

Bağla X