17:47
(077) 610-22-33

Soğanın qiyməti bahalaşdı - Video

  • >
1 547 10 Oktyabr 2017 21:30 | Cəmiyyət

Bazarlarda qışlıq soğanlara tələb artıb. Hazırda soğanın kiloqramı 40-50 qəpik arasında dəyişir. Amma topdan aldıqda daha ucuz almaq olur. Qış üçün soğan alarkən isə diqqətli olmaq lazımdır. Məsələn yağış dəymiş və yaxud qabığı nazik soğan alanların azuqəsi qış gəlmədən çürüyə bilər.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, ölçüsündən aslı olaraq soğanın kiloqramı 40-50 qəpik arasında dəyişir. Amma 30 kq dan çox aldıqda qiymət 30-35 qəpik arasında dəyişir. Satıcılar bildirir ki, son bir həftə ərzində soğanın qiymətində 10 qəpiklik artım baş verib.

Satıcılar bildirir ki, qışlıq soğan alarkən məhsula yağış dəyməməsinə və qabığına fikir vermək lazımdır.

Bölgələrdən isə bildirilir ki, son günlər soğanın kisəsində qıymət artımı müşahidə edilir. Bu isə həm yağışın yağması , həm də xarici göndərilən məhsul həcminin artımı ilə izah edilir.

Satıcıların sözlərinə görə üzü qışa doğru soğanın qiymətində artım müşahidə ediləcək.

Bağla X