İldırımzadələr generalın yaxın qohumlarıdır İldırımzadələr generalın yaxın qohumlarıdır

Ramil Usubovun qudası ifşa olundu

İldırımzadələr generalın yaxın qohumlarıdır



Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videodakı polis zabiti Rasim İldırımzadə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polkovnikdir.


Rasim İldırımzadə məşhur ailənin təmsilçisidir.

Rasim İldırımzadə tanınmış jurnalist, yazıçı Əli İldırımoğlunun övladıdır.

Onun bir qardaşı – Yusif İldırımzadə Xətai rayonunun prokurorudur. Yusif İldırımzadə daxili işlər naziri Ramil Usubovun qudasıdır.

Rasim İldırımzadənin başqa bir qardaşı – Yunis İldırımzadə "Əmrahbank"ın prezidentidir.

Fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər./mediaforum/