- Köhnə - Cəmiyyət
- 21 Fevral 2013 12:18
- 2 095
Rasim İldırımzadə dediyi sözlərin hesabını verməlidi
"Qafqazinfo"ya açıqlama verən Elnur Məcidli bildirib ki, bu günə kimi kimin videosunu qoymuşuqsa, ilk reaksiyası bənzər olub: "O dəqiqə deyirlər ki, montajdır. Bu günə qədər yayınladığımız videoların həqiqiliyinə dair əlimizdə rəsmi ekspertiza sənədləri var. Yaxşısı budur ki, Rasim İldırımzadə 2004-cü ildə dediklərinin arxasında durma cəsarəti göstərsin.
Bu adam dediklərinə görə cinayət məsuliyyətinə cəlb edilməlidi, dediyi sözlərin hesabını verməlidi. Bu videoların olması bu cür inkarçı və öz sözündən qaçanlara qarşı bizim əlimizi gücləndirir. Bu videolar Mahir Abdullayevin oğurluq cinayətini açmağa kömək edən hüquqi sənəddir.
Rasim İldırımzadənin Elşad Abdullayevin ekstradisiyası ilə bağlı fikirləri isə sadəcə cəfəngiyyatdan ibarətdir".