21:42
(077) 610-22-33

“Qeyd olunan ərazilər Roma imperiyasının ərazisidir” - Qalmaqallı dərsliyin müəllifi

  • >
17 042 11 Oktyabr 2017 14:17 | Cəmiyyət

Təhsil üzrə ekspert Kamran Əsədov canlı yayımda dərslik qalmaqalına bir daha aydınlıq gətirməyə çalışıb.

BAKU.WS-in məlumatına görə, Kamran Əsədov bizimyol.info saytının Facebook səhifəsində canlı yayıma çıxıb.

Ekspert qeyd edir ki, bəzi şəxslər əsassız olaraq bildirirlər ki, xəritədə Ermənistan ərazisi əks olunub.

“Bu artıq göstərir ki, bəzi insanlarda erməni xofu var və baxdıqları yerdə erməni ifadəsi, ərazisi görürlər. Həmin xəritə 10-cu sinif rus bölmələri üçün “Ümumi tarix” kitabında Roma paraqrafındadır və qeyd olunan ərazilər Roma imperiyasının ərazisidir. Bu ərazilərin Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı hər hansı fakt orada qeyd olunmayıb. Həmin xəritədə “Böyük Ermənistan”dan söhbət getmir. Xəritə qədim dövr Roma sərhədlərini göstərir”, - deyə Kamran Əsədov bildirib.

İzləyicilərdən biri isə təhsil üzrə ekspertə sual verib ki, əgər xəritədə qüsur yox idisə, nəyə görə həmin dərslik yığışdırıldı.

Kamran Əsədov bunun səbəbi kimi kütlənin sərt reaksiyasını göstərib.

“Kütlənin sərt reaksiyasına görə, dərslik Azərbaycan bölməsində həmin xəritəni sildik, rus bölməsində isə qaldı. Əslində həmin xəritənin olmasında problem heç nə yoxdur. Biz kütləyə həqiqi tarixi çatdırmaqda çətinlik çəkirik. Tarixi dəyişmək mümkün deyil. Təəssüf ki, biz bəzən kütlənin razılığı naminə bəzi tarixi faktları çatdıra bilmirik”, - deyə Kamran Əsədov qeyd edib.

AzNews.az

Bağla X