Bakıda bir neçə məktəbin qarşısında təhlükəli vəziyyət hökm sürür. Xüsusən də aşağı sinif şagirdələri məktəbin qarşısından əks tərəfə keçmək də çətinlik çəkirlər. Səbəb yolda piyada zolağının olmamasıdır. Problem hazırda paytaxtın iki rayonunda 3 məktəbin qarşısında yaşanır. Bakıda bir neçə məktəbin qarşısında təhlükəli vəziyyət hökm sürür. Xüsusən də aşağı sinif şagirdələri məktəbin qarşısından əks tərəfə keçmək də çətinlik çəkirlər. Səbəb yolda piyada zolağının olmamasıdır. Problem hazırda paytaxtın iki rayonunda 3 məktəbin qarşısında yaşanır.

Nişan olsa da, piyada zolağı yoxdur - şagirdlər təhlükədə - Video

Bakıda bir neçə məktəbin qarşısında təhlükəli vəziyyət hökm sürür. Xüsusən də aşağı sinif şagirdələri məktəbin qarşısından əks tərəfə keçmək də çətinlik çəkirlər. Səbəb yolda piyada zolağının olmamasıdır. Problem hazırda paytaxtın iki rayonunda 3 məktəbin qarşısında yaşanır.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindədir. Sözügedən küçədə 141 saylı məktəbin qarşısında piyda nişanı olsa da yolda zolaq yoxdur. Bu da bir çox sürücünü çaşdırır. Valideyinlərin sözlərinə görə, zolaq olmadığı üçün sürücülər məktəbə gedən uşaqlara yol vermirlər.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl əraziyə piyada keçidini olduğunu bildirən nişanlar qoyulsa da, asfalta zolaq çəkilməyib. Bu da məktəb yolunda çətinliklərə səbəb olur. Ərazidə olduğumuz müddətdə də şahidi olduq ki, balaca məktəblilər həyatlarını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından qaçaraq yolu keçirlər. Böyük əksəriyyətini isə valideyinləri keçirir.

Bənzər vəziyyət paytaxtın Sabunçu rayonu Məmmədyarova küçəsində, yanaşı yerləşən 80 və 310 nömrəli məktəbin qarşısında da yaşanır. Burda nə keçidi bildirən nişan, nədə ki zolaq var. Şagirdlər yolu keçmək üçün böyük çətinlik çəkir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdrəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, hər iki problemlə əlaqədar idarə əməkdaşları əraziyə baxış keçirəcəklər. Yaxın vaxtlarda yaranmış problem aradan qaldırılacaq.