Tanınmış fransız bəstəkarı “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib

Əsərin Paris premyerası "Saint Roch" kilsəsində, London premyerası "St John`s, Smith Square" kilsəsində baş tutacaq.

Bakı-APA. Tanınmış fransız bəstəkarı Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş "Xocalı 613" adlı klassik musiqi əsəri bəstələyib. APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin ilk premyerası fevralın 21-də Parisin "Saint Roch" kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. Əsərin London premyerası isə fevralın 26-da "St John`s, Smith Square" kilsəsində baş tutacaq.

Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.

AzNews.az