15:27
(077) 610-22-33

Bakı Tikiş Evi müflis oldu

  • >
845 21 Fevral 2013 16:12 | Cəmiyyət

40 min məktəbli forması satılmayıb



Bakı Tikiş Evinin paytaxt şagirdləri üçün tikdiyi məktəbli formalarından 40 mini satılmayıb. Bunu AzNews.az-a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov verib.

E.Əzimovun sözlərinə görə, formaların bu zamana qədər satılmamasının səbəbi Çinin Urumçu vilayətində istehsal edilən keyfiyyətsiz geyimlərin Azərbaycana gətirilməsidir: "Biz belə bir nəticəni gözləmirdik. Qalan 40 min məktəbli forması əsasən 7-11-ci sinif şagirdləri üçün hazırlanıb. Çindən bu qədər forma gətirilərək bazarı tutacağını bilmirdik".

Forma satışının planlaşdırılana uyğun getməməsi səbəbindən BTE - nin banklardan aldığı kreditlərin ödənilməsində də problem yaranıb: "Sizcə əgər 40 min forma satılmayıbsa kreditlərin ödənilməsində problem olmaya bilər? Ancaq çalışırıq ki, öhdəsindən gələk. 600-ə yaxın əməkdaşımız var və onlara əmək haqqı vaxtında ödənilir. Çünki bir ay maaş ödənilməsə avtobusa verməyə də pulu olmayan adamlar ola bilər. Buna görə də BTE rəhbərliyi bir çox hallarda qazancı yox, işçilərin əmək haqqının ödənilməsini düşünür. Çünki bizim əməkdaşlar peşəkardır və digər sifarişlərin yerinə yetirilməsində peşəkarlara ehtiyacımız var".

Bu il satılmayan formaların gələn tədris ili öncəsi yenidən satışa çıxarılacağının deyən E. Əzimov müddətin keyfiyyətə heç bir təsir göstərməyəcəyini vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X