18:12
(077) 610-22-33

Urmiya “tənha“ qalıb

  • >
330 21 Fevral 2013 16:34 | Cəmiyyət

İranda Urmiya gölünün quruması nəticəsində ətraf ərazilərdə yerləşən 100-dən çox kənd tamam boşalıb.




APA-nın "Oyannews" saytına istinadən məlumatına görə, həyat şəraiti ağırlaşan, dolana bilməyən əhali Tehran və başqa şəhərlərə köçməli olub.

Urmiya gölünün quruması nəticəsində yeraltı sular da duzlaşıb, əkin sahələri yararsız hala düşüb, bölgədə şirin su qıtlığı yaranıb. Nəticədə əhali əkinçiliklə və heyvandarlıqla məşğul ola bilməyib.

Bölgədə 120-dən çox meyvə bağının tamam məhv olduğu və çoxlu sayda şirin su quyusunun yararsız hala düşdüyü də bildirilir.
Bağla X