Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Atletiko Madrid” oyunu ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq. Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Atletiko Madrid” oyunu ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq.

“Koroğlu” ətrafında avtobusların intervalı maksimum azaldılacaq

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Atletiko Madrid” oyunu ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq.

Agentlikdən AzNews.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin faəliyyətinə nəzarət əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək. Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq.

Bakı Nəqliyyat Agentliyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.