- Köhnə - Cəmiyyət
- 17 Oktyabr 2017 19:56
- 3 438
Bakının iki rayonu susuz qaldı
Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
AzNews.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, buna səbəb 500 mm-lik magistral kəmərdə baş vermiş qəzadır.
Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.