POLKOVNİK PROKURORLUĞA ÇAĞRILDI... POLKOVNİK PROKURORLUĞA ÇAĞRILDI...

Rasim İldırımzadə barədə şok məlumatlar - EKSKLÜZİV

POLKOVNİK PROKURORLUĞA ÇAĞRILDI...



Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoda görüntülənən Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki Rasim İldırımzadə barədə yeni məlumatlar əldə etmişik.

AzNews.az-a daxil olan xəbərə görə, o ifadəsi alınmaq üçün prokurorluğa çağırılıb. Rasim İldırmzadə videoda səsləndirdiyi fikirlər, qeyd olunan cinayətlə nə dərəcədə əlaqədə olması ilə bağlı sabah saat 12-dən başlayaraq ifadə verəcək.

Əldə etdiyimiz digər bir məlumata görə, o, qeyd olunan məslə ilə bağlı bir neçə ay öncə də ifadə verib. Xatırladaq ki, Elşad Abdullayevin bundan əvvəlki video və açıqlamalarında R. İldırımzadənin adını hallandırmışdı. Sonuncun prokurorluqda dindirilməsi də məhz bundan sonra baş vermişdi. Lakin prosesi yaxından izləyən şəxsin verdiyi məlumata görə, o əvvəlki ifadəsində Elşad Abdullayevin ona şər atdığını bildirib və hər-hansı bir videonun olmadığına əminliyini qeyd edib.
Görünür, sabah baş verəcək dindirmə prosesində o həm də yalandan ifadə verməklə bağlı suallara cavab tapmağa çalışacaq.

Bu arada AzNews.az-a daha bir ilginc məlumat daxil olub. Məlum olub ki, Rasim İldırımzadə prokurorluqda birinci dəfə dindiriləndən sonra ölkəni tərk etməyə çalışıb. Lakin bunun qarşısı müvafiq orqanlar tərəfindən alınıb. Çünki artıq həmin vaxt Milli Təhlükəsizlik Nazirliyi daha bir fakt əldə edib. Məlum olub ki, Elşad Abdullayevin ölkəni tərk etməsində Rasim İldırımzadənin bir başa köməyi olub. Hətta ona bileti də İldırımzadənin aldığı əldə edilən məlumatlar içərisində olub.

Qeyd edək ki, fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Azər
AzNews.az