Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.

Bu gecə Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.

AzNews.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar avtomobillərin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunub.