Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb. Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.

Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlar aparır

Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.

AzNews.az apa-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib. O bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır: "Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Artıq Rusiya ilə şifahi də olsa, razılıq əldə edilib ki, iki ölkə arasında belə bir kruiz təşkil edilsin".