Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb. Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb.

Bakı-Abşeronda bir neçə yerdə sürüşmə və subasma sahələri aktivləşib

Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb.

AzNews.az ETSN-nə istinadən xəbər verir ki, Zığ, Masazır qəsəbəsində “Zəli” gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.

Ə. Qaralov qeyd edib ki, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Qala qəsəbəsi və Binəqədi subasma sahələrində də aktivlik qeydə alınıb, nəticədə həmin ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.