Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Binəqədidəki yanğında təqsirləndirilənlərin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Şahmar Məmmədovun APA-ya verdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.

Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan evin, M. Mahmudovun torpaq sahələrinin, mənzillərinin, digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib. İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyənləşməyib.

Xatırladaq ki, 2015-ci il mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasınd baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.

"Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da məsuliyyətə cəlb edilib.

AzNews.az