Azərbaycanda yeni agentlik yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasında əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, layiqli məşğulluğu və əmək bazarında ehtiyac duyulan bacarıqların müəyyən olunmasını təmin etməkdir. Bununla bağlı olaraq hazırda müvafiq işlər aparılır. Həmçinin Agentliyin Əsasnaməsinin layihəsi hazırlanıb və aidiyyatı təşkilatların rəyləri nəzərə alınmaqla yenidən işlənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

AzNews.az