08:08
(077) 610-22-33

İlk dünya çempionumuz: “Gedirəm ölməyə” - ETİRAZ

  • >
5 122 22 Fevral 2013 11:07 | Cəmiyyət

Aydın İbrahimov Azərbaycanı tərk edir



Sərbəst güləş üzrə ilk dünya çempionumuz, əməkdar məşqçi Aydın İbrahimov Azərbaycanı tərk edir. Əməkdaşlarımızla söhbətində o bunun səbəbini özünə qarşı laqeydliklə izah edib: "Mənə az qala düşmən kimi baxırlar. Heç bir tədbirə dəvət etmirlər, qədrimi bilmirlər. Axı mənim xidmətim olub! Bu münasibəti qəbul etmirəm. Bəli, bu bəladan qurtulmaq, ölmək üçün gedirəm".

İdmançı bildirib ki, Amerikaya gedəcək: "Orada evlənmişəm. Ailəm var. Çağırırlar, dəvət edirlər, orada klub açacam. Gedib orada öləcəm.
Sənədləri yığıram. İşləməyə gedirəm. Bundan sonra Aydın İbrahimovun yetirmələri əcnəbilər olacaq. İnsan dünyaya iki deyil, bir dəfə gəlir. Gücüm var, işləyə bilərəm. Bundan sonrakı ömrümü orada keçirəcəm. Neyləyim, bir güllə yaz açılmır".



Məlumat üçün bildirək ki, Aydın İbrahimov sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində çıxış etmiş azərbaycanlı idmançı, 1963-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 1963-cü il dünya çempionatının qalibi, 1966 - cı il Avropa çempionatının qalibi, 1964 -cü il SSRİ çempionu, 1963-cü ilin gümüş mükafatçısı, 1960 və 1957 -ci illərin bürünc mükafatçısı, SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi və nəhayət, Bakı "Dinamo" idman cəmiyyətinin üzvüdür.

Bahar RÜSTƏMLİ
AzNews.az



Bağla X